"Qarabağ" artıq Antalyadadır

18:30 5 Yanvar 2017

Bu gün səhər saatlarında ölkəni tərk edən "Qarabağ" artıq Antalyadadır.
 

Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri hava limanından Antalyanın Belek bölgəsində yerləşən "IC Santaı" otelinə yollanıb. Komanda oteldə yerləşib və istirahətə çəkilib. "Qarabağ" bu gün axşam saatlarında ilk məşqinə çıxacaq.
 

Qeyd edək ki, komandanın ilk çalışması fitnes zalında baş tutacaq.
 

Antalya təlim- məşq toplanışında iştirak edəcək futbolçularmızın siyahısı:
 
İbrahim Şehiç, Boyan Şaranov, Şahruddin Məhəmmədəliyev, Emil Balayev, Rəşad Sadıqov, Maksim Medvedev, Arif Daşdəmirov, Ansi Aqolli, Bədavi Hüseynov, Elvin Yunuszadə, İlqar Qurbanov, Riçard Almeyda, Qara Qarayev, Coşqun Diniyev, Rahid Əmirquliyev, Dani Kintana, Elşən Abdullayev, Muarem Muarem, Migel Markos Madeyra, Əfran İsmayılov, Reynaldo Silva, Vüqar Nadirov, Mahir Mədətov, Dino Ndlovu, Elgün Uluxanov, Elçin Rəhimli, Eltun Turabov, İbrahim Aslanlı.


Xəbər xətti