Obi Mikel rəsmən Çin klubunda

12:45 6 Yanvar 2017

"Çelsi"nin futbolçusu Con Obi Mikel "Tyanszin" klubuna transfer olunub.


Sportarena.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Onun yeni klubunda həftəsinə 118 min funt sterlinq qazanacağı gözlənilir.


Xatırladaq ki, bir neçə gün öncə futbolçunun "Valensiya" ilə ilkin razılıq əldə etdiyi barədə məlumat yayılmışdı. 

Qeyd edək ki, 2006-cı ildən "Çelsi"də çıxış edirdi.


Digər xəbərlər

Xəbər xətti