Kolarov "Mançester Siti"dən gedir

13:10 6 Yanvar 2017

Aleksandr Kolarov yayda “Mançester Siti”ni tərk edəcək.


Sportarena.az xəbər verir ki, “The Sun”ın yaydığı xəbərə görə, klub rəhbərliyi 31 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaqda maraqlı deyil. 


Serbiya millisinin üzvünün “şəhərlilər”lə hazırkı müqaviləsi 2017-ci ilin iyununda başa çatır. “Mançester Siti” rəhbərliyi Kolarovun artıq indidən başqa klublarla danışıqlara başlamasına razılıq verib. 


Qeyd edək ki, təcrübəli müdafiəçi Mançester təmsilçisində 2010-cu ildən çıxış edir. Cari mövsümdə o, İngiltərə Premyer Liqasında meydana çıxdığı 19 oyunda 1 qol vurub.


Xəbər xətti