"Qalatasaray" 19 yaşlı qapıçının ümidinə qaldı

Sportarena.az      6 Yanvar 2018, 14:13

Antalyada təlim-məşq toplanışında olan "Qalatasaray" klubunun hər 3 qapıçısı zədələnib. 


Sportarena.az xəbər verir ki, komandanın əsas qolkiperi Fernando Musleranın barmağı sındığı üçün növbəti oyunlarda iştirak edə bilməyəcək. Komandanın ikinci qapıçısı Cenk Gönən əməliyyat olunduğu üçün məşqlərə davam edə bilmir. 3-cü qapıçı Eray İşçan isə məşq zamanı əzələsini dartıb.


Türkiyə mətbuatında yayılan məlumata görə, komanda aşağı yaş qruplarında çıxış edən qapıçılara ümid olub. Belə ki, "Qalatasray"ın 19 yaşadək futbolçulardan ibarət komandasının qolkiperi Ahmet Gül bu gün Antalaydakı toplanışa qoşulub. O, 1997-ci il təvəllüdlüdür. Ahmetdən əlavə komanda 17 yaşlı qolkiper Batuhan Şeni də heyətə qatıb.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin