Ağabala Ramazanov rəsmən "Qarabağ"da

14:59 6 Yanvar 2017

"Qarabağ" 2016/17-ci illər mövsümünün qış transfer pəncərəsində növbəti transferini gerçəkləşdirib.


Sportarena.az xəbər verir ki, komanda "İnter"dən ayrılan, yığmamızın üzvü Ağabala Ramazanovu heyətinə qatıb. Futbolçuyla 1.5 illik müqavilə imzalanıb.


Qeyd edək ki, 24 yaşlı hücumçu daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İnter" klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb.

 

Ağabala Ramazanov bu gün komandanın Antalyada baş tutan qış təlim-məşq toplanışına qoşulub.


Xəbər xətti