"Trabzonspor"un futbolçusu "Fənərbaxça"da

16:35 6 Yanvar 2017

"Fənərbaxça" Mehmet Ekici transferini gerçəkləşdirib.

 

Sportarena.az xəbər verir ki, klubun prezidenti Əziz İldırımın "Mehmet Ekici transferi bitdi. Yeni bir transfer edə bilərik" dediyi bildirilib. 
 

İstanbul klubu Ekicinin qarşılığında "Trabzonpsor"a pul ilə yanaşı  Aatıfı da verəcək. O da Trabzon klubuna keçidə razılıq verib. 
 

Hər iki futbolçu yaxın günlərdə yeni komandalarının təlim məşq toplanışına qatılacaqlar. 
 

Qeyd edək ki, "Fənərbaxça"nın növbəti transferi "Şaxtyor"un braziliyalı futbolçusu  Alan Patrik ola bilər.


Digər xəbərlər

Xəbər xətti