"Sumqayıt"ın Antalya toplanışının vaxtı açıqlandı

17:32 6 Yanvar 2017

Bu həftə dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuracaq "Sumqayıt"  təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. 


Sportarena.az xəbər verir ki, yanvarın 10-da səhər saatlarında qonşu ölkəyə yola düşəcək komanda 10 gün hazırlıq prosesi keçəcək.

 
Samir Abasovun komandası Türkiyədə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər barəsində klubun rəsmi internet səhifəsində açıqlama veriləcək. Rəqiblər Özbəkistanın "Nəcəf", Albaniyanın "Skenderbeu" və Qazaxıstanın "Atırau" klubları olacaq.


Digər xəbərlər

Xəbər xətti