Levandovski: "Bu il bütün titulları qazanmaq istəyirəm"

21:25 6 Yanvar 2017

“Bavariya”nın hücumçusu Robert Levandovski 2017-ci ildəki hədəfləri barədə danışıb. 


Sportarena.az xəbər verir ki, polşalı forvard cari ildə mümkün qədər çox titul qazanmaq arzusundadır:


“Yeni ildə ilk məşqlərimiz yaxşı keçir. Tezliklə formaya düşəcəyik. Çempionatın startına qədər tam hazır olmaq üçün ürəkdən çalışırıq. 2017-ci ildə məqsədim “Bavariya” ilə birgə mümkün olan bütün titulları qazanmaqdır”. 


Qeyd edək ki, “Bavariya” yeni ildə ilk oyununu yanvarın 20-də “Frayburq”a qarşı keçirəcək.


Xəbər xətti