Pike məğlubiyyətə səbəb tapdı: "Mənə və Neymara qarşı kobudluq penalti olmalıydı"

22:45 6 Yanvar 2017

"Barselona"nın müdafiəçisi Jerar Pike İspaniya kubokunun 1/8 finalında ilk matçda "Atletik"ə  (1:2) məğlubiyyətdən sonra hakimliyi tənqid edib. Halbuki 74-cü dəqiqədən etibarən meydan sahibləri 10 , 80-ci dəqiqədən isə 9 nəfərlə oynayıb.

"Mənə və Neymara qarşı kobudluq açıq-aşkar penalti idi. Amma nəyə görə penalti təyin edilmədiyini bilmirik. Nəticə elə də pis deyil. Cavab görüşündə qalib gəlib 1/4 finala çıxmağa çalışacağıq", — deyə Pike qeyd edib.


Digər xəbərlər

Xəbər xətti