Ulduz futbolçu 4 il müddətinə diskvalifikasiya oluna bilər

01:11 7 Yanvar 2017

“Sevilya”nın yarımmüdafiəçisi Samir Nəsri futboldan uzaqlaşdırıla bilər. Buna səbəb ulduz futbolçunun Los-Ancelesdə müalicə olunmasıdı.

Məsələ burasındadı ki, həmin şəhərdəki “DripDoctors” klinikası vitamin terapiyasında ixtisaslaşıb. Bu cür müalicələr isə dopinqin izlərini örtə bilir. İspaniya Antidopinq Agentliyi də bu üzdən Nəsrini yoxlamaq qərarına gəlib. Əgər fransalı futbolçunun dopinqdən istifadəsi təsdiqlənərsə, o, 4 il müddətinə diskvalifikasiya oluna bilər.

Qeyd edək ki, müqavilə ilə “Mançester Siti”yə məxsus olan Samir Nəsri “Sevilya”da icarə əsasında çıxış edir.
apasport.az


Digər xəbərlər

Xəbər xətti