Mourinyo 2 futbolçunu transferə çıxardığını AÇIQLADI

10:30 7 Yanvar 2017

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo cari mövsümdə şans vermədiyi futbolçular - Memfis Depay və Morqan Şnayderlin haqqında danışıb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis hər iki oyunçunun xidmətində maraqlı olmadığını bildirib. O, həmçinin, bu futbolçuların transferə çıxarıldığını da elan edib:

 

 

“Onlar yaxşı və peşəkar futbolçulardır. Amma hər ikisi mənim sistemimə uyğun gəlmir. Sərfəli təklif olacağı halda, onları buraxacağıq. Hələlik belə təklif yoxdur”.

 

Qeyd edək ki, hər iki futbolçu cari mövsümdə 8 oyunda meydana çıxmaq imkanı qazanıb. Depayın xidmətində “Fənərbaxça” və “Everton”, Şnayderlinin xidmətində isə “Everton” və “Vest Bromviç” klubları maraqlıdır.


Digər xəbərlər

Xəbər xətti