"Yuventus" "Milanın qapıçısını yaya qədər gözləyəcək?

11:15 7 Yanvar 2017

“Yuventus” artıq indidən növbəti mövsümün planlarını cızmağa başlayıb.


Sportarena.az xəbər verir ki, "Qoca sinyora" “Milan”ın gənc qapıçısı Canluici Donnarummanın transferində maraqlıdır. “Yuve” 17 yaşlı qolkiperə görə qarşı tərəfə 40 milyon avro təklif edir. Futbolçunun özünə isə 4 illik müqavilə təklif olunur. Onun illik məvacibi 10 milyon avro ola bilər.


"Milan"ın bu təklifə cavabı məlum olmasa da, keçid ancaq yayda baş tuta bilər. Belə ki, İtaliya Futbol Federasiyasının qaydalarına əsasən, 18 yaşından aşağı futbolçuların peşəkar müqavilə ilə transferi qadağandır. Donnarummanın fevral 25-də 18 yaşı tamam olacaq. Bundan sonra onun uzunmüddətli müqavilə bağlamaq hüququ olacaq.


Qeyd edək ki, gənc qapıçı hazırda çıxış etdiyi “Milan”da illlik 200 min avro qazanır. Ancaq klub rəhbərliyi də onunla yeni müqavilə imzalayıb, məvacibini 3,5 milyon avroya qədər yüksəltməyi planlaşdırır.


Xəbər xətti