"Səbail"in Antalyadakı rəqibləri məlum oldu

12:21 7 Yanvar 2017

İkinci dövrənin hazırlıqlarının ikinci hissəsinə artıq iki gündür start verən "Səbail"in Bakı və Antalya toplanışı çərçivəsində keçirəcəyi yoldaşlıq görüşlərindəki rəqibləri məlum olub.

 

Sportarena.az xəbər verir ki, yanvarın 10-da MOİK ilə qarşılaşacaq "aslanlar" yanvarın 12-də "Neftçi"nin əvəzediciləri ilə üz-üzə gələcək. Hər iki oyun Bayıl Arenada keçiriləcək.


Yanvarın 14-dən etibarən Antalya toplanışına start verəcək komanda Türkiyədə ümumilikdə 3 yoldaşlıq görüşü keçirəcək. Rəqiblərdən ikisinin adı artıq məlumdur. Yanvarın 19-da "Səbail"in ilk rəqibi "Kiran" (Qazaxıstan) olacaq. Yanvarın 26-da isə paytaxt klubu gücünü Macarıstan "Şeqed"i ilə sınayacaq. Yanvarın 24-də keçiriləcək yoldaşlıq görüşündəki rəqibin adı isə dəqiqləşməyib.


Xəbər xətti