Ramazanovdan "Neftçi"yə sərt cavab: "Ağzının qatığını dağıtma!"

12:43 7 Yanvar 2017

Ağabala Ramazanovun "İnter"dən ayrıldıqdan sonra "Neftçi"yə yox, "Qarabağ"a üz tutması xeyli söz-söhbətə səbəb olub.


Sportarena.az xəbər verir ki, "Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadənin Ağabalaya xitabən "Futbolçu belə davranmalı deyil. Bizim təklifimizi Ağabala qəbul etmişdi. Son anda bizə heç də demədən "Qarabağ"a getdi. Digər tərəfdən biz buna şadıq ki, Ramazanov "Qarabağ"ı seçib. Belə xarakterə sahib futbolçu "Neftçi"yə lazım deyil" sözlərinə qarşı tərəfdən cavab gecikməyib. "Futbol+" qəzetinə açıqlama verən Ağabalanın qardaşı Zaur Ramazanov "Neftçi"nin icraçı direktoruna sərt ismarıc göndərib:


"Yaxşı olardı ki, Orxan kimilər ağzının qatığını dağıtmayaydı. Ağabala "Neftçi"də olanda Orxan kim idi? O kimdi ki Ağabala haqda belə fikirlər səsləndirir? Sözü varsa, mənə zəng vurub deyəydi. Ümumiyyətlə, son vaxtlar Azərbaycan futbolunda elə adamlar vəzifəyə gətiriliblər ki, heç birlmirlər, futbolda əsas heyətdə neçə nəfər meydana çıxır. Yalandan gündə özünə müəllim deyən biri ortaya çıxır və ağzına gələni danışır. Ona görə bu gündəyik. Orxan və onun kimilər unutmasınlar ki, dəvəquşu kimi başlarını torpağın altına soxsalar da, dalları çöldədi. Heç olmasa, ayıblarına kor olsunlar".


Digər xəbərlər

Xəbər xətti