FİFA-nın yeni planı - Komandaların sayı artacaq, gəlirlər çoxalacaq

13:04 7 Yanvar 2017

Dünya çempionatının final mərhələsində iştirak edəcək komandaların sayının 32-dən 48-dək artırılması FİFA-ya daha böyük pullar qazandıracaq.

 


Sportarena.az xəbər verir ki, bu barədə AFP agentliyi əldə etdiyi məxfi hesabata istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, qurum komandaların sayının artırılmasına nail olarsa, əlavə 640 milyon dollar qazanacaq. Belə ki, təşkilatın xalis gəlirləri 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının yekunu üzrə proqnozlaşdırdığı 3,54 milyard dollara nisbətdə 4,18 milyard dollar təşkil edəcək. Komanda və oyunların sayının artırılması sayəsində gəlirlərin artması ilə yanaşı xərclər də 325 milyon dollar çoxalacaq.

 


Qeyd edək ki, FİFA prezidenti Canni İnfantino yeni layihəni qurumun 9-10 yanvar tarixlərində Sürixdə keçiriləcək konqres zamanı ictimaiyyətə təqdim edəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti