Sneyder Çinə getmək istəyir? - Şərtlərini açıqladı

14:54 7 Yanvar 2017

"Qalatasaray"ın futbolçusu Uesli Sneyder maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, adı tez-tez Çin klublarıyla hallanan holland yarımmüdafiəçi yayılan məlumatlara belə münasibət bildirib:

 

"Mən Çinə yollanmağı istisna etmirəm. Ancaq bunun üçün xüsusi təklif almalıyam. Məsələn, 3 illik müqavilə və ildə 15 milyon avro məvacib. Əgər qarşı tərəf bu təklifi irəli sürsə, dəyərləndirməyə hazıram”.

 

Qeyd edək ki, karyerası ərzində “Ayaks”, “Real” və “İnter” klublarının da formasını geyinmiş Sneyder 2013-cü ildən “Qalatasaray”da çıxış edir. Onun İstanbul klubundakı illik maaşı 5 milyon avrodur.


Xəbər xətti