Azərbaycanlı olimpiya çempionu gecə klubu açdı

16:55 7 Yanvar 2017

Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazandırdığı Qazaxıstanda gecə klubu açıb. ARENA adlanan əyləncə məkanı Taldıkorqan şəhərində yerləşir.

 

Sportarena.az xəbər verir ki, təqdimat mərasiminə ölkənin tanınmış xanım idmançılarından Svetlana Podobedova və Karina Qoriçeva da qatılıb. Rəhimov gecə klubunu belə təqdim edib: "Sizi unikal işıqlandırma sistemi, baş verənlərin mərkəzində olmağa şərait yaradacaq ən yaxşı səs gözləyir. Əlbəttə, peşəkar şef-aşpazdan isti yeməklər də öz yerində. Geniş içki seçimi sizi laqeyd vəziyyətdə qoymayacaq. ARENA - klub həyatı üslubunun dəqiqliklə izlənildiyi yeni gecə klubudur".

 

ARENA-ya giriş qızlar üçün tam pulsuzdur. Oğlanlar isə 1500 tengə (təqribən 8 manat) giriş haqqı ödəməlidirlər. Depozit haqqı adambaşı 3000 - 4000 tengə, qəlyan 4500 tengə təşkil edir. Klub saat 20:00-dan gecə saat 5:00-dək işləyir.

 

Qeyd edək ki, "Rio-2016"da 77 kq çəki dərəcəsində qazandığı qızıl medal qarşılığında Nicat Rəhimov Qazaxıstan Mədəniyyət və İdman Nazirliyindən 25 min dollar və Astanada 3 otaqlı mənzil alıb. O, rəsmən Atırau şəhər sakini sayılsa da, Almatıda Qazaxıstan İdman və Turizm Akademiyasının 3-cü kursunda təhsil alır ("Report").


Digər xəbərlər

Xəbər xətti