"Bu komandada daha uzun müddət oynamaq istəyərəm" - Neftçinin yeni transferi

18:16 7 Yanvar 2017

“Neftçi”nin çexiyalı yeni transferi Zdenek Folprext klubun saytına açıqlama verib.

Sportarena.az xəbər verir ki, müdafiəçi açıqlamasında bunları deyib:

 

"Təbii ki, bura gəlməmişdən öncə "Neftçi” haqqında məlumat toplamışdım. Bilirəm ki, zəngin tarixi olan bir komandanın üzvüyəm. Kollektivə belə tez uyğunlaşacağımı düzü heç gözləmirdim. Bu mənim üçün yaxşı mənada sürpriz oldu.

Qarşımızda konkret hədəflər var. "Neftçi” çempionatın daha yüksək pillələrində qərarlaşmalıdır. Hamımız bunu istəyirik. Üstəlik ölkə kubokunda da mübarizəmizi davam etdiririk. Komandada mənimlə yanaşı bir neçə yeni futbolçu var. Çalışırıq ki, uyğunlaşma dövrünü mümkün qədər tez keçək. Hər şey yaxşı olsa, bu komandada daha uzun müddətə qalıb oynamaq istəyərəm.”


Xəbər xətti