Runi “Mançester Yunayted”in tarixinə düşdü

10:09 8 Yanvar 2017

2004-cü ildən “Mançester Yunayted” klubunda forma geyinən hücumçu Ueyn Runi yeni rekord müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, yanvarın 7-də ölkə kubokunun 1/32 final mərhələsində “Redinq” komandasının qapısına yol tapan Runi klub tarixində ən məhsuldar futbolçu ünvanına sahib olub. Bununla 31 yaşlı hücumçu “Qırmızı şeytanlar”ın heyətində vurduğu qolların sayını 249-a çatdırıb.

 

Bu göstərici ilə o, 1954-1973-cü illərdə Mançester təmsilçisinin heyətində çıxış edən əfsanəvi Bobbi Çarltonun rekordunu yeniləyib.


Xəbər xətti