Nəsirov oynadı, "Sportinq" uduzdu

11:20 8 Yanvar 2017

Dünən Portuqaliya Sequndasında 21-ci tura start verilib. 


Sportarena.az xəbər verir ki, Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası evdə “Braqa B” ilə üz-üzə gəlib. Həmyerlimizin start heyətində meydana çıxdığı və sonadək oynadığı qarşılaşma 2:1 hesabı ilə qonaqların qələbəsiylə nəticələnib.

 
Qeyd edək ki, 21 oyundan sonra hesabında 25 xal “Sportinq B” 22 komanda arasında 13-cü pillədə qərarlaşıb.


Xəbər xətti