Eminlə Kamranın növbəti sınağı

12:06 8 Yanvar 2017

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun klubu “Boavişta” bu gün Portuqaliya çempionatında növbəti - 16-cı turun oyununa çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Portu təmsilçisi “Vitoria de Setubal” komandasını qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22.00-da başlanacaq. Hər iki futbolçumuzun əsas heyətdə meydana çıxacağı gözlənilir.

 

Qeyd edək ki, 15 oyundan sonra “Boavista” 17 xalla 11-ci, “Vitoria de Setubal” isə 19 xalla 9-cu yeri tutur.


Digər xəbərlər

Xəbər xətti