“Real” üçün tarixi fürsət

13:00 8 Yanvar 2017

“Real”ın məğlubedilməz oyunlar seriyası davam edir.


Sportarena.az xəbər verir ki, Madird təmsilçisi La Liqanın son turunda “Qranada”ya qalib gəlməklə (5:0) uğurlu seriyanı 39 oyuna çatdırıb. Bununla da “Kral klubu” əzəli rəqibi olan “Barselona”nın  2015/16 mövsümündə İspaniya futbolu tarixində müəyyənləşdirdiyi rekorda  şərik olub.

 

“Real” son 39 oyunun 30-da qalib gəlib, 9-da heç-heçə edib. Zinəddin Zidanın komandası sonuncu dəfə 2016-cı ilin aprelin  6-da Çempionlar Liqasının 1/4 final  mərhələsində səfərdə “Volfsburq”a uduzub (0:2).

 

Qeyd edək ki, “Real”ın növbəti matçı İspaniya kubokunda “Sevilya” ilə olacaq. Paytaxt klubu yanvarın 13-də səfərdə keçiriləcək bu görüşdə qalib gəlsə, İspaniya futbolu tarixində yeni rekorda imza atacaq


Xəbər xətti