"Zenit"in müdafiəçisi "Qalatasaray"ın hədəfində

13:34 8 Yanvar 2017

Salvatore Bokketini keçidinə nail ola bilməyən "Qalatasaray" daha bir müdafiəçinin transferinə çalışır.

 

Sportarena.az xəbər verir ki, "sarı qırmızılar" "Zenit"in futbolçusu Nikolas Lombertsə rəsmi təklif göndərmək fikrindədir. Belçikalı futbolçunun özü oyun praktikasının azlığından narazıdır və klubunun onu buraxmaq istəməməsindən şikayətlənir.

 

 

31 yaşlı müdafiəçi cari mövsümdə Rusiya Premyer Liqasında 5 oyun keçirib. Onun "Zenit"lə 2018-ci ilin yayına kimi müqaviləsi var.


Digər xəbərlər

Xəbər xətti