"Komanda halında uğur qazanmaq istəyirik" - "Neftçi"nin futbolçusu

13:47 8 Yanvar 2017

"Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli klubun rəsmi saytına açıqlama verib.
 
Sportarena.az xəbər verir ki, futbolçu Antalya hazırlığı barədə danışıb.
 
 
"Artıq 4 gündür ki, Antalyadayıq. İndi əsasən fiziki məşqlər keçirik. Bütün diqqətimizi məşqlərə yönəltmişik. Komandamıza yeni qoşulan futbolçuların əksəriyyəti təcrübəlidir. Müxtəlif milli komandalarda, güclü çempionatlarda, avrokuboklarda oynayıblar. Əl-ələ verib komanda halında uğur qazanmaq istəyirik. Qarşıda yoxlama oyunları var. Bu görüşlərdə hansı nəticəni qazanacağımız önəmli deyil. Əsas odur ki, məşqçilərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib baxımlı oyun göstərək”.


Digər xəbərlər

Xəbər xətti