"Qarabağ" baxışa futbolçu çağırdı

16:57 8 Yanvar 2017

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsinə yeni futbolçu qoşulub.

 

Sportarena.az xəbər verir ki, Rusiyanın "Amkar" klubunun futbolçusu Rinat Hüseynov “köhlən atlar”ın düşərgəsində baxışdadı. 20 yaşlı müdafiəçinin bir neçə gün baxışda olacağı, məşqçilər heyətinin xoşuna gələcəyi təqdirdə, onunla müqavilə bağlanacağı gözlənilir.

 

 

Qeyd edək ki, Hüseynov cari mövsümdə "Amkar"ın gənclər komandasının heyətində 16 oyunda meydana çıxıb və 2 qol vurub.


Digər xəbərlər

Xəbər xətti