"Neftçi"dən altıncı transfer

16:26 8 Yanvar 2017

“Neftçi” növbəti transferi gerçəkləşdirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi 27 yaşlı çex müdafiəçi Pavel Dreksanı heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb. O, “Neftçi”də 6 nömrəli formanı geyinəcək.

 

Dreksa müxtəlif vaxtlarda Çexiyanın U-18, U-19, U-20 və U-21 komandalarında oynayıb. O, klub səviyyyəsində “Siqma”, “Banik” “Znoymo” və “Karvina”da oynayıb.

 

Qeyd edək ki, bu qış transfer pəncərəsi zamanı "Neftçi" Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya), Kirill Petrov ("Olimpik", Ukrayna) və İqnasio Herreranı ("İrtış" Qazaxıstan) da heyətinə qatıb.


Digər xəbərlər

Xəbər xətti