"Neftçi" "Sivasspor"la bacarmadı

20:11 8 Yanvar 2017

Antalyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün ilk oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Elxan Abdullayevin yetirmələrinin 2017-ci ildə ilk rəqibi Türkiyə I Liqa təmsilçisi “Sivasspor” olub. Görüş qolsuz bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, yanvarın 21-dək Türkiyədə təlim-məşq toplanışında olacaq “Neftçi”nin orda “Sivasspor”dan başqa “Kukesi” (Albaniya: 15 yanvar), “Tosno” (Rusiya: 17 yanvar) və “Terek”lə (Rusiya: 19 yanvar) yoxlama görüşü keçirəcəyi dəqiqdi.

 

Yoxlama oyunu

8 avqust

 

"Sivasspor" - "Neftçi" - 0:0

İstifadə edilməyən penalti: "Sivasspor", 51 (qapıçı)

“Neftçi”: 33.Boban Baykoviç (53. Maksim Vaylo, 46), 14.Kirilo Petrov, 6.Pavel Dreksa, 29.Georgi Navalovski (22. Mahir Şükürov, 46), 27.Məqsəd İsayev, 13.Murad Ağayev, 8.Zdenek Folprext, 19.Fəhmin Muradbəyli, 17.Rəhman Hacıyev (K), 9.Namiq Ələsgərov, 20.Damir Vidoviç.

Ehtiyat oyunçular: 53.Maksim Vaylo, 3.Jairo Rodriges, 22.Mahir Şükürov, 80.Edson Kastilyo


Digər xəbərlər

Xəbər xətti