İsrafilov "fərqləndi", komandası qələbə qazandı

10:40 9 Yanvar 2017

İspaniya Sequndasında 20-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” səfərdə “Elçe”ylə üz-üzə gəlib. Oyun qonaqların 3:2 hesablı qələbəsiylə nəticələnib. İsrafilov meydana fasilədən sonra - 46-cı dəqiqədə daxil olub. O, matçın 72-ci dəqiqəsində sarı vərəqəylə cəzalandırılıb.

 

Qeyd edək ki, bu qələbəylə xallarının sayını 33-ə çatdıran “Kadis” 4-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti