"Yuventus"dan yeni rekord

12:23 9 Yanvar 2017

İtaliyanın “Yuventus” klubu yeni rekorda imza atıb.

 

Sportarena.az, xəbər verir ki, “ağ-qaralar” A seriyasında ardıcıl 26-cı ev qələbəsini qazanıb. Turinlilər bununla da İtaliya rekordunu yeniləyib. Turin təmsilçisi buna “Bolonya”nı 3:0 hesabı ilə yenməklə imza atıb.

 

Qeyd edək ki, A seriyasının əvvəlki rekordu da “Yuventus”a məxsus idi. 2013-cü ilin avqustundan 2014-cü ilin noyabrınadək olan müddətdə komanda 25 ev oyununda xal itirməmişdi.


Digər xəbərlər

Xəbər xətti