"Əsas heyətə düşmək özümdən asılıdı" - "Qarabağ"ın yeni transferi

12:45 9 Yanvar 2017

"Qarabağ"ın yeni transferi Elşən Abdullayev Ağdam təmsilçisinə gəlişi barədə klubun rəsmi saytına danışıb.

Sportarena.az xəbər verir ki, gənc yarımmüdafiəçi kluba uyğunlaşmaqda çətinlik çəkməyəcəyini deyib: 

 

"Qarabağ"a gəlişim qısa zamanda baş verdi. "Neftçi" ilə müqaviləm bitmişdi. Həmin vaxt "Qarabağ"dan təklif gəldi və mən də dəyərləndirdim. Burada daha əvvəlcədən tanıdığım, bir yerdə oynadığım komanda yoldaşlarım var və komandada hər kəs bir ailə kimidi. Ona görə düşünürəm ki, komandama uyğunlaşmağımda bir problemim olmayacaq.

Əlbəttə çətin olacağını bura gəlməmişdən əvvəl dərk edirdim. Rəqabət olmayan yerdə inkişafdan da danışmaq olmaz. Ona görə bu rəqabət mənim xeyrimə olacaq. Əsas heyətə düşmək özümdən asılıdı. İnanıram ki, hər şey istədiyim kimi alınacaq.

Çempionluq uğrunda gərgin mübarizə gedir. Komandaların hamısı çətin rəqiblərdi. Ancaq bütün rəqiblərimizə hörmətlə yanaşsaq, inaniram ki, növbəti çempionluq gələcək. Azarkeşlər hər zaman komandasının daha güclü olmasını istəyirlər. Daha baxımlı futbol görmək istəyirlər . Ümid edirəm, onlar toplanışdan sonra daha güclü "Qarabağ" izləyəcəklər".


Xəbər xətti