Sportarena.az
26 İyul 2017

AAAF-dan İntiqam Zairovun gümüş medalına münasibət - AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto

Az öncə Azərbaycan Olimpiya tarixinə daha bir medal əlavə olunduğu və bunun ağırlıqqaldıranımız İntiqam Zairovun 2012-ci ildə keçirilən London Olimpiadasındakı nəticələrinin dəyişməsindən sonra baş verdiyi barədə məlumat vermişdik (http://sportarena.az/news/61076/?n=l). 

 

 

Sportarena.az xəbər verir ki, yarışları 6-cı yerdə başa vuran atletimiz  dörd həmkarının İlya İlin (Qazaxıstan), Aleksandr İvanov (Rusiya), Anatoli Kiriku (Moldova), Andrey Demanov (Rusiya), həmçinin 7-ci olan Almaz Utisovun (Qazaxıstan) cəzalanmasından sonra ikinci sıraya yüksəlib ki, bu onun gümüş medala yiyələnməsi demək idi.

 

 

Artıq Azərbaycan Ağır Atletika Federasiyası yayılan xəbərə münasibət bildirib. Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev şəxsi facebook hesabında bu barədə açıqlama yayıb:

 

"Ağır atletimiz İntiqam Zairovun London Olimpiadasında 94 kq çəki dərəcəsində gümüş medala sahib çıxması xəbərləri rəsmi deyildir. Bəli, Zairovun adı Beynəlxalq Ağır Atletika Federasiyasının rəsmi səhifəsində "nəticələr" bölməsində 94 kq çəki dərəcəsində London Olimpiadasının gümüş medalçısı kimi göstərilir. Təbii olaraq da, hər kəs buna istinad edir. Ancaq WADA və Beynəlxalq Olimpiya Komitəsinin Zairovla bağlı dopinq araşdırması hələ davam edir və nəticəsi açıqlanmayıb. Yəni, bunu müvəqqəti durum kimi qəbul etmək olar. Biz də federasiya olaraq qərarı gözləyirik. Hamı kimi, bəlkə də hamıdan daha çox məhz biz Zairovun medala sahib çıxaraq adını tarixə yazdırmasını istəyirik. İndidən sevinib, sonradan ikiqat üzülmək istəmirik. Ümid edirik ki, atletimiz layiq olduğu medalı qazanacaq. İntiqama uğurlar!"

Tarix
09.01.17 [14:00]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

26 İyul
25 İyul 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio