Özbəklər "Neftçi"yə rəqib oldu

14:40 9 Yanvar 2017

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi”nin daha bir rəqibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu Özbəkistan təmsilçisi “Nasaf”la üz-üzə gələcək. Bu komandalar arasında oyun yanvarın 11-də baş tutacaq. "Bellis Deluxe” otelinin meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, "Neftçi” hazırlıq çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Sivasspor” klubu (0:0) ilə qarşılaşmışdı.


Digər xəbərlər

Xəbər xətti