Radik İsayev yenə hamını qabaqladı

15:26 9 Yanvar 2017

Dünya Taekvondo Federasiyası ilin ilk reytinq cədvəlini açıqlayıb.

 

 

Sportarena.az xəbər verir ki, yanvar ayı üçün Olimpiya çəkiləri üçün açıqlanan cədvəli Azərbaycan üçün uğurlu saymaq olar.

 

Belə ki, Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidi. Onun aktivində 504.07 xal var.  Olimpiadanın bürünc medalçısı Milad Beiqi Harçeqani (80 kq) isə mövqeyini yaxşılaşdırıb. 3 rəqibini qabaqlayan təmsilçimiz ikinci yerə yüksəlib. O, 336,23 xala malikdi. 68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə də irəliləyənlər sırasındadı. Komandalararası dünya çempionatının qalibi olan həmyerlimiz 4 pillə irəliləməklə, “onluğ”a daxil olub. 175,82 reytinq xalı olan Tağızadə 8-cidi.

 

 

Xanım taekvondoçularımızdan Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) da ən güclülərin qərarlaşdığı “16-lıq”dadılar. Onlar müvafiq olaraq, 16-cı (205,32 xal) və 13-cüdü (205,00).


Xəbər xətti