"Qarabağ" hazırlığını davam etdirir

17:21 9 Yanvar 2017

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

Sportarena.az xəbər verir ki,  Qurban Qurbanovun komandası dünəni bir məşqlə başa vurub. Bu gün isə komanda yerli vaxtla 11:00-da (Bakı vaxtıyla 12:00) günün ilk hazırlığını reallaşdırıb.Məşq təxminən 1 saat 40 dəqiqə davam edib və hazırlıqda fiziki çalışmalara üstünlük verilib. Günün ikinci məşqi isə axşam saat 17:00-da (Bakı vaxtıyla 18:00) start götürəcək.


Digər xəbərlər

Xəbər xətti