FİFA 2016-nın ən yaxşılarını bu gün açıqlayacaq

17:43 9 Yanvar 2017

Bu gün FİFA 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayacaq.

 

Sportarena.az xəbər verir ki, mükafatlandırma mərasimi İsveçrənin Sürix şəhərində keçiriləcək. Tədbirdə ilin ən yaxşı azarkeş qrupu, kişi baş məşqçisi və futbolçusu müəyyənləşəcək.

 

"The Best" mükafatınaa namizədlərin hər üçü İspaniya La Liqasında çıxış edir: "Real Madrid"dən Kriştiano Ronaldo, "Barcelona"dan Lionel Messi və "Atletico"dan Antuan Qrizman. Ronaldo və Messi hərəsi bir dəfə bu adı qazanıb.

 

Mərasimdə ilin simvolik "11-liy"i açıqlanacaq və "fair-play" mükafatı sahibini tapacaq. Tədbir Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

 

Qeyd edək ki, müsabiqə 2009-cu ildə Fransanın "France Football" nəşrinin təqdim etdiyi "Qızıl top" mükafatı ilə birləşdirilib. Lakin bu ildən mükafatlar ayrılıqda təqdim olunur.


Digər xəbərlər

Xəbər xətti