"Zirə"nin ikinci rəqibi bəlli oldu

18:01 9 Yanvar 2017

"Zirə"nin Antalyada yoxlama oyununda qarşılaşacağı daha bir rəqibi məlum olub.

 

Sportarena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Qırğızıstan təmsilçisi "Dordoy"la (Bişkek) qarşılaşacaq. Görüş yanvarın 18-də keçiriləcək.


Qeyd edək ki, "Zirə"in digər rəqibi Bolqarıstanın "Lokomotiv" (Qorna) klubudur. Həmin oyunun yanvarın 22-də keçirilməsi nəzərdə tutulub.


Xəbər xətti