Ronaldo 2016-cı ilin ən yaxşı futbolçusu seçildi

10:28 10 Yanvar 2017

Bu gün FİFA-nın mənzil-qərargahının yerləşdiyi Sürix şəhərində “Best FIFA Football Awards 2016” çərçivəsində ötən il üçün planetin ən yaxşı futbolçusunun adı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, FİFA versiyası üzrə “2016-cı ilin ən yaxşı futbolçusu” adına əsas favoritlər sırasında “Real”ın hücumçusu Kriştiano Ronaldo, “Barselona”nın yarımmüdafiəçisi Lionel Messi və “Atletiko”nun şərəfini qoruyan Antuan Qrizmannın adı öndə olub. Ötən il “Real”la Çempionlar Liqasını qazanan və futbol üzrə Avropa çempionu olan Kriştiano Ronaldo “2016-cı ilin ən yaxşı futbolçusu” adına layiq görülüb.

 

“Dünyanın ən yaxşı qadın futbolçusu” nominasiyasında mükafat ABŞ-ın “Hyuston” klubunun oyunçusu Çarli Lloyda təqdim olunub.


Digər xəbərlər

Xəbər xətti