"2016 karyeramda ən yaxşı il oldu" - Ronaldo

11:02 10 Yanvar 2017

"Ağır, amma inanılmaz mükafatdır. İlk dəfə deyil ki, bu mükafatı alıram. Bütün komanda yoldaşlarıma, ailəmə, mənimlə işləyən hər kəsə minnətdaram".

 

Sportarena.az xəbər verir ki, bu sözləri FİFA-nın dünyada ilin ən yaxşı kişi futbolçusu nəzərdə tutduğu "The Best" mükafatının sahibi Kriştiano Ronaldo bildirib.

 

Mükafatlandırma mərasimində səhnədə təəssüratlarını bölüşən 32 yaşlı portuqaliyalı hücumçu 2016-cı ilin karyerasında ən yaxşı il olduğunu söyləyib: "Qazandığımız mükafatlar, bütün turnirlərdə maksimuma çatmağımız səbəbindən bu mükafata layiqəm. Mənə səs verənlərə minnətdaram. Mükafatların özü hər şeyi deyir".


Digər xəbərlər

Xəbər xətti