Prosineçki və Sadıqov kimlərə səs verib? - MARAQLI

11:26 10 Yanvar 2017

FİFA-nın təşkil etdiyi 2016-cı ildə dünyanın ən yaxşı futbolçusu və məşqçisi seçimində Azərbaycan təmsilçilərinin kimlərə səs verdiyi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki səslərini müvafiq ardıcıllıqla Lionel Messi (Argentina, "Barselona"), Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Antuan Qrizmanna (Fransa, "Atletiko") verib. Milimizin kapitanı Rəşad Sadıqovi isə "The Best"ə Kriştianu Ronaldonu layiq görüb. O, ikinci yerdə Lionel Messi üçüncü yerdə isə Antuan Qrizmannı göstərib.

 

Prosineçki ən yaxşı baş məşqçi seçimindəFernandu Santuşu (Portuqaliya) birinci, Luis Enrikeni ("Barselona) ikinci , Pep Qvardiolanı ("Bavariya"/"Mançester Siti") üçüncü yerə layiq görüb. Sadıqov da baş məşqçisi kimi ən çox səsi Fernandu Santuşa verib. Millimizin kapitanı Zinəddin Zidanı ikinci, Yürgen Klopp ("Borussiya"/"Liverpul") üçüncü yerdə göstərib.


Digər xəbərlər

Xəbər xətti