“Səbail”dən 2 transfer

11:57 10 Yanvar 2017

İkinci dövrənin hazırlıqlarını davam etdirən "Səbail" qış fasiləsində ilk transferlərini gerçəkləşdirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu Aslan Hüseynovu heyətinə qatıb. 22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Son klubu "Rəvan" olan müdafiəçi bir müddət "Neftçala"nın da formasını geyinib.  Aslan Hüseynov eyni zamanda dəfələrlə U-17 millimizin heyətində çıxış edib.
 

 

Son klubu "Zaqatala" olan Ruslan Tağızadə da qış fasiləsindən sonra "Səbail"in şərəfini qoruyacaq. 23 yaşlı sağ cinah müdafiəçisi 1,5 illik müqaviləyə qol çəkib. U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş Ruslan Tağızadə karyerası ərzində "Neftçi", "Abşeron", "Sumqayıt", AZAL, "Qəbələ" və "Zaqatala"nın şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti