Yeni transfer "Neftçi"yə qoşuldu

12:52 10 Yanvar 2017

"Neftçi”  bir neçə gün əvvəl transfer etdiyi çilili futbolçu İqnasio Herrera komandanın düşərgəsinə gəlib.

 

Sportarena.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi bu gün komanda ilə məşqlərə çıxıb.

 

Qeyd edək ki, "Neftçi” ilə 1 illik müqaviləyə imza atan Herrera indiyədək Çilinin "Reyncers”, "Huaçipato”, "Maqalyanes”, "Kobreloa”, "Deportes İkike”, İspaniyanın "Real Betis” B və Qazaxıstanın "İrtış” klubunda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti