"Gənclərbirliyi"ndən Reynaldo ilə bağlı RƏSMİ AÇIQLAMA

14:10 10 Yanvar 2017

"Qarabağ" klubunun futbolçusu Reynaldonun Türkiyənin "Gənclərbirliyi" komandasına keçidi gündəmdə deyil.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a Ankara təmsilçisinin peşəkar işlər üzrə meneceri Sinan Temel məlumat verib. O, bildirib ki, çalışdığı klub 27 yaşlı hücumçu ilə maraqlanmır:

 

"Reynaldonun "Gənclərbirliyi"nə transferi ilə bağlı yayılan məlumatlar doğru deyil. Bu gün üçün belə bir mövzu yoxdur və sabah da olmayacaq".


Digər xəbərlər

Xəbər xətti