Fransa Avropa çempionatından nə qazandı?

14:38 10 Yanvar 2017

AÇ-2016-ya ev sahibliyi etmiş Fransanın turnirdən qazancı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, fransızlar ötən il keçirilmiş qitə birinciliyindən 1,22 milyard avro gəlir əldə ediblər. Turnir zamanı Fransaya 613 min turist səfər edib. Orta hesabla onların hər biri ölkədə 7-9 gün qalıblar və bu müddətdə günə 154 avro xərcləyiblər.

 

Qeyd edək ki, futbol tarixi ərzində ilk dəfə 24 komandanın iştirakı ilə baş tutan AÇ-2016 10 iyun-10 iyul tarixlərində keçirilib. 


Digər xəbərlər

Xəbər xətti