PSJ və "Çelsi"nin Lyorente yarışı

16:16 10 Yanvar 2017

“Suonsi”nin hücumçusu Fernando Lyorente Avropa nəhənglərinin transfer hədəfinə düşüb.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı forvard “Çelsi” və ya PSJ-nin formasını geyinə bilər. Belə ki, hər iki klub 32 yaşlı oyunçunu transfer etmək fikrinə düşüblər.

 

Fransa klubunun baş məşqçisi Unay Emeri keçmiş klubu "Sevilya"dan tanıdğı futbolçunu ixtiyarında görmək istədiyini açıqlayıb. İspaniyalı forvard da PSJ-ə keçməkdə daha çox maraqlıdır.

 

Qeyd edək ki, Fernando Lyorente “Suonsi”yə ötən il “Sevilya”dan keçib.


Xəbər xətti