Şahin Diniyev: "Nə gələn olacaq, nə də gedən" - AÇIQLAMA

16:28 10 Yanvar 2017

Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar mövsümün ikinci yarısına hazırlıqları davam etdirirlər.

 

Sportarena.az xəbər verir ki, təmsilçilərimiz heyətlərinə də əl gəzdirməyi də unutmurlar. Kimisi komandadakı artıq futbolçuları göndərir, kimisi də yeni futbolçular alır. Bu sarıdan ən passiv klub "Kəpəz"di desək, yanılmarıq. Gəncə təmsilçisinin mövsümün ikinci yarısıyla bağlı nəsə planı yoxdumu? Bu sükut sona qədər davam edəcək? Bu suallarımıza cavab tapmaq üçün komandanın baş məşqçisi Şahin Diniyevlə əlaqə saxladıq.

 

Təcrübəli mütəxəssis heyətdə heç bir dəyişikliyin olmayacağını bildirdi:

 

"Bəli, nə gələn olacaq, nə də gedən. Nə hansısa futbolçunun göndərilməyi, nə də yeni oyunçunun gəlməyi gündəmdə deyil. Hazırkı heyətlə mövsümün ikinci yarısında da çıxış edəcəyik".

 

 

"Hazırlıq dönəminin ölkə daxilində keçməsi sizi qane edirmi" sualına isə Diniyev belə cavab verdi:

 

"Belə heç bir problem yoxdur. Hazırkı şərtlər bundan artığını etməyə imkan vermir. Bizdə hər vəziyyətdə ən yaxşısını etməyə çalışacağıq".

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti