PFL FİFA-ya qarşı çıxdı - Məhkəmədə görüşəcəklər

Sportarena.az      10 Yanvar 2018, 18:19

İspaniya Peşəkar Futbol Liqası FİFA-nın dünya çempionatı iştirakçılarının sayının artırılması ilə bağlı qərarına qarşı çıxıb.

 

Sportarena.az xəbər verir ki, İspaniya PFL-i ali futbol qurumunun yeni qərarı ilə razı deyil. İspanlar FİFA-dan şikayət etməyi planlaşdırırlar. Ölkənin Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas son qərarla bağlı Brüssel və Nyon məhkəmələrinə müraciət ünvanlayacaq. Tebas bir müddət öncə açıqlamasında FİFA-nın bu addımının daxili çempionatların maraqlarına uyğun gəlmədiyini bildirmişdi.

 

Qeyd edək ki, FİFA-nın bu gün keçirilən iclasında DÇ-2026-dan etibarən mundial iştirakçılarının sayının 48-ə çatdırılmasına qərar verilib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin