Sportarena.az
17 Noyabr 2017

Yığmalarımızın yeni baş məşqçilərinin adları açıqlandı

12 Punto 14 Punto 16 Punto 18 Punto

Boks üzrə digər milli komandalarımızın baş məşqçilərinin adına aydınlıq gəlib.

 

 

Sportarena.az xəbər verir ki, əsas yığmamızın ardınca aşağı yaş qrupları üzrə komandalarımızın da baş məşqçiləri müəyyənləşib. Belə ki, Nəriman Abdullayev millidəki fəaliyyətini davam etdirəcək. Təcrübəli mütəxəssis komandada yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

 

 

Gənclərdən ibarət yığmamız Vaqif Şirinova həvalə edilib. Yeniyetmə boksçularımızı isə yenə Vaqif Kazımov hazırlayacaq.

 

 

Kişilərdən ibarət komandamızda olduğu kimi qadınlardan ibarət millimizdə də dəyişiklik rəsmiləşib. Yığmamız son Avropa çempionatında olduğu kimi Elbrus Rzayevin rəhbərliyi altında hazırlıq keçəcək.

 

 

Qeyd edək ki, kişilərdən ibarət əsas yığmamız Leonid Layinskiyə tapşırılıb. 

Tarix
11.01.17 [10:37]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Noyabr
16 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio