Tağızadə: "Məqsədimiz çempionluqdu" - AÇIQLAMA

12:53 11 Yanvar 2017

"Səbail"in qış transfer dövründəki yeni transferlərindən olan Ruslan Tağızadə klubun rəsmi facebook səhifəsinə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, müdafiəçi yeni klubuna keçidi ilə bağlı və klubun cari mövsümdəki hədəfi barədə danışıb:

 

"Səbail" gələcək üçün hədəfləri olan klubdur. Birinci dövrənin sonuna yaxın klub mənə təklif göndərdi, mən də razılaşdım. "Səbail"də komandanın uğurlu çıxışı üçün rəhbərlik tərəfindən hər cür şərait yaradılıb. Yanvarın 14-də toplanışın davamı üçün Antalyaya yola düşəcəyik. Məqsədimiz yaxşı hazırlıq keçmək və çempion olub, Premyer Liqaya vəsiqə qazanmaqdır. İnanıram ki, mən də bu çempionluq yolunda komandaya öz oyunumla töhvə verə biləcəm".


Xəbər xətti