"Neftçi"nin ikinci sınağı

13:18 11 Yanvar 2017

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi” bu gün növbəti yoxlama görüşünə çıxacaq.

 

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi Özbəkistan klubu “Nasaf”la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

 


Qeyd edək ki, "Neftçi” hazırlıq çərçivəsində yanvarın 8-də keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Sivasspor” klubu (0:0) ilə qarşılaşıb.


Xəbər xətti