Sportarena.az
13 Dekabr 2017

İnyesta "Real"dan - üzr istədi

12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən axşam “Barselona” futbolçularının FIFA-nın mükafatlandırma mərasiminə qatılmaması üzrxahlıqla nəticələnib.

 

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisinin kapitanı Andres İnyesta madridli futbolçulardan bunun üçün üzr istəməli olub. O, şəxsən “Real”ın futbolçularına zəng edərək özü və kollektivi adından qala-gecəyə gəlmədikləri üçün üzr istəyib. İnyesta onları inandırmağa çalışıb ki, “Barsa” futbolçuları bilərəkdən deyil, sadəcə rəhbərliyin qərarından kənara çıxa bilmədikləri üçün mərasimə qatıla bilməyiblər.

 

 

FIFA Sürixdə keçirilən qala-mərasimə Lionel Messi, Luis Suares, Xerard Pike və İnyestanın özünü dəvət etmişdi. Onların arasında ancaq argentinalı Messi ilin ən yaxşı futbolçusu adına namizədlər arasında yer alıb. Digərləri FIFA versiyası üzrə rəmzi yığmaya daxil edilib. “Barselona” klub kimi həmin tədbirdə sadəcə rəhbərlik səviyyəsində təmsil olunub. Rəhbərlik İspaniya kubokunda “Atletik”lə oyuna hazırlığı səbəb gətirərək futbolçuları tədbirə buraxmayıb.

Tarix
11.01.17 [13:44]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

13 Dekabr
12 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio